Rasim Müzəffərli — Batmış Geminin Mahnısı

Mus: Rasim Müzəffərli
Söz: Rasim Müzəffərli
Photo by Ian Redding (https://goo.gl/EqExIa)

Download: https://yadi.sk/d/ETDoFFDJ3GfMv2

Lyrics:

Dəlisov xəzrilər əlindən
Yaralı yelkənim üzüldü
Qayalar tutmadı əlimdən
Dalğalar qəsimdə düzüldü

Bir batmış gəmiyəm indi məm
Suların altında yatmışam
Qorxmuram tufandan küləkdən
Üzməyin daşını atmışam

Nələr-nələr üzür qəlbimdə
Üzməyi bilməyən nə bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən gəmilər

Dəlisov xəzrilər əlindən
Yaralı yelkənim üzüldü
Qayalar tutmadı əlimdən
Dalğalar qəsimdə düzüldü

Bir batmış gəmiyəm indi məm
Suların altında yatmışam
Qorxmuram tufandan küləkdən
Sevməyin daşını atmışam

Nələr-nələr üzür qəlbimdə
Sevməyi bilməyən nə bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən sevgilər

© Bizim bu mahnı üzərində heç bir haqqımız yoxdur, əgər prodüser və ya səsyazma studiyası yükləmə ilə bağlı hansısa narazılıq olarsa qeyd olunan email ilə əlaqə saxlayın (cirtdanpro@gmail.com) 2017 Cırtdan Pro. Bütün hüquqlar qorunur.
Kategori: Komik
sitene ekle
Etiketler: Rasim Müzəffərli Batmış Gəminin mahnısı batmish gemini mahnisi batmis gemi rasim muzefferli
2 12 Ocak 2019
Yorumlar
Yorum Yaz
Bu içeriğe hiç yorum yazılmamış, bir ilke imza atmak ister misin?
© 2004 - 2019 Alkislarlayasiyorum.com Tüm Hakları Coca - Cola'nın formülü ile aynı yerde saklıdır...