Doris Day'in Vefatı

ichtyanthropos ichtyanthropos diyor ki;
1940lı-50li yıllarının ünlü yıldızı, 97 yaşında yaşamını yitirmiş.

hakkında az.wiki'den:
Doris Dey (d. 3 aprel 1922, Sinsinnati, Ohayo) amerikalı oyunçu, müğənni, prodüserdir. Təxminən 50 ilini əyləncə sektoruna verib. Dey kariyerasına 1939-da bir qrupda müğənni olaraq başladı, amma 1945-də ilk səsyazması olan "Sentimental Journey"i yazdıqdan sonra məşhurlaşmaya başladı. Qrupu "Brown & His Band of Renown"dan ayrıldıqdan sonra Columbia Records ilə uzun müddətli olan yoldaşlığa və solo kariyerasında təcrübələr qazanmağa başladı. Columbia Records Doris Deyin müqavilə bağladığı tək şirkətdir. Ortaqlıqları 1947-ci ildən 1967-ə qədəd davam etmiş və ortaqlıqları Deyi 20-ci əsrin ən populyar və sevilən müğənnilərindən biri olmasını təmin edən 650-dən çox səsyazmadan ibarətdir.
Həyatı

Doris Meri Enn Kappelhoff 1938-ci ildə başına gələn bir qəza sonrasında bir daha rəqs edə bilmir və bunun yerimə mahnı oxumağı öyrənir. Daha sonradan aldığı "Doris Dey" adı ilə böyük orkestrlar ilə işləməyə başlayır. 1948-dən etibarən teatrda vaxt keçirdir. Qısa bir müddət sonra Warner Bros. ilə müqavilə imazalayır və bir çox filmdə oynayır.

Çox sevilen komediya sənətçisi olan Doris Dey Rok Hadsonun və Keri Qrantın da ortağı olub. Maykl Körtiz, Devid Batler, Çarlz Vidor, Alfred Hiçkok kimi sinema dünyasının ən önəmli şəxslərin filmlərinə çəkildi. 1968-də teatrdan televizora keçən Doris Dey nəslindəki bir çox sənətçi kimi kariyerasını televizor ekranlarında davam etdirdi.

Doris Dey 1960-cı ildə İntim söhbət adlı filmdəki rolu ilə Ən yaxşı qadın roluna görə Oskar mükafatına namizəd göstərilmişdir.

1975-də "Doris Dey, onun bioqrafiyası" adlı tərcümeyi-halı yayımlandı.

Doris Dey xüsusilə də Alfred Hiçkokun Çox bilən adam filmində oxuduğu "Que Sera Sera" adlı mahnıdakı unudulmaz rəyi ilə dünya sinema tamaşaçılarının yaddaşlarında yerini tapmışdır.
Kategori: Artistler
sitene ekle
Etiketler: Doris Day Hollywood holivut
1 14 Mayıs 2019
Yorumlar
Yorum Yaz
Bu içeriğe hiç yorum yazılmamış, bir ilke imza atmak ister misin?
© 2004 - 2019 Alkislarlayasiyorum.com Tüm Hakları Coca - Cola'nın formülü ile aynı yerde saklıdır...